Bizi sosial şəbəkələrdən izləyin:
Növbəti KTMT sammitinin keçiriləcəyi yer və tarix açıqlanıb
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) növbəti sammiti 11 noyabr 2026-cı ildə Moskvada keçiriləcək.
Moderator.az-ın "İzvestiya" nəşrinə istinadən xəbərinə görə, bu barədə Rusiya Prezidenti Vladimir Putin Bişkekdə keçirilən KTMT-nin genişləndirilmiş iclasında məlumat verib.
"Kollektiv Təhlükəsizlik Şurasının növbəti iclasının 11 noyabr 2026-cı ildə Moskvada keçirilməsi barədə razılığa gəlinib", - deyə Putin bildirib.
O, Rusiyanın xarici qonaqları öz paytaxtında görməkdən məmnun olacağını qeyd edib və ölkənin bu il təşkilata sədrliyi çərçivəsində Qırğızıstana bütün lazımi yardım və dəstəyi göstərəcəyini vurğulayıb.
Vladimir Putin KTMT-ni Avrasiya regionunda təhlükəsizlik və sabitliyin etibarlı qarantı adlandırıb. Rusiya lideri vurğulayıb ki, Rusiyanın KTMT-nin müdafiə potensialının gücləndirilməsində müttəfiqləri ilə sıx əməkdaşlıq etməyə davam edəcək. Bundan əlavə, Rusiya prezidenti KTMT-ni nüfuzlu regional struktur adlandırıb.