Bizi sosial şəbəkələrdən izləyin:
Məşhur türkiyəli aktrisa Meral Kaplan həbs oluna bilər.
Moderator.az "Haber Global"a istinadən xəbər verir ki, İstanbul Baş Prokurorluğu aktrisaya məxsus terapiya mərkəzini nəzarətə götürüb.
Mərkəzdə "biorezonans" terapiyasının lisenziyası olmayan şəxslər tərəfindən aparıldığı iddia edilir. İddialar sübuta yetirilərsə, Kaplanı 3 ilə qədər həbs cəzası gözləyir.
Aktrisa ittihamları rədd edərək, mərkəzdə istifadə edilən cihazın tibbi deyil, xüsusi ekspertiza tələb etməyən "biorezonans" üsulu olduğunu deyib.