Pakistan İmran Xanın həbsxanada ölümü ilə bağlı xəbərləri təkzib etdi
Dünya
316
11:53, Bu gün

Pakistan İmran Xanın həbsxanada ölümü ilə bağlı xəbərləri təkzib etdi

Pakistan hazırda həbs cəzası çəkən keçmiş baş nazir İmran Xanın ölümü ilə bağlı şayiələri təkzib edib.
 
Moderator.az-ın "Geo News"a istinadən xəbərinə görə, bu barədə Pakistanın Adiala həbsxanasının administrasiyasından məlumat verilib.
 
Məlumatda qeyd edilib ki, İmran Xanın səhhəti ilə bağlı yayılan şayiələr "əsassızdır", o özü isə "hərtərəfli tibbi yardım" alır.
 
Həmçinin həbsxana administrasiyası onun başqa bir müəssisəyə köçürüldüyü ilə bağlı məlumatları da təkzib edib.
 
Xatırladaq ki, daha əvvəl Əfqanıstanın "Afghanistan Times" media portalı İmran Xanın həbsxanada öldüyünü iddia edən xəbər dərc etmişdi.
 
Qeyd edək ki, 2024-cü ilin yanvar ayında İmran Xan və həyat yoldaşı korrupsiya ittihamları üzrə 14 il müddətinə həbs cəzasına məhkum ediliblər. Bundan əlavə, o, həmçinin dövlət sirrinin açıqlanmasına görə daha 10 il həbs cəzası alıb.
 
Link kopyalandı!
Son xəbərlər