Bizi sosial şəbəkələrdən izləyin:
İndoneziyanın Sumatra sahillərində 6,6 bal gücündə zəlzələ baş verib.
Moderator.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Amerika Birləşmiş Ştatları Geoloji Xidməti (USGS) məlumat yayıb.
USGS-in məlumatına görə, zəlzələ saat 4:56-da Sumatra sahillərində, Simeulue adasının şərq sahilindəki Sinabang şəhərindən 45 km qərb-şimal-qərbdə, 25,4 kilometr dərinlikdə baş verib.
Təxminən 26 kilometr dərinlikdə baş verən 6,6 bal gücündə zəlzələ heç bir tələfat və ya dağıntıya səbəb olmayıb.
Zəlzələdən sonra sunami xəbərdarlığı verilməyib.