Kosmosda ilk dəfə süni intellektdən istifadə ediləcək
Dünya
200
08:25, Bu gün

Kosmosda ilk dəfə süni intellektdən istifadə ediləcək

Rusiyanın "Sber" şirkətinin "GigaChat" neyron şəbəkəsinin Beynəlxalq Kosmik Stansiyaya (BKS) göndərilməsi kosmosda süni intellektin ilk istifadəsi olacaq.
 
Moderator.az TASS-a istinadən xəbər verir ki, bu barədə "Sber"in Tədqiqat və İnnovasiya üzrə vitse-prezidenti Albert Yefimov məlumat verib.
 
Məlumata görə, "GigaChat" ilk dəfə BKS-də kosmonavtlar tərəfindən istifadə olunacaq. O hesabatlar hazırlayacaq və məlumat bazaları ilə işləyəcək. Bununla da süni intellekt ekipajın gündəlik işini asanlaşdıracaq.
 
Buraxılışın 27 noyabrda baş tutacağı planlaşdırılır.
Link kopyalandı!
Son xəbərlər