Rusiya Ordusu Ukraynanın Xerson vilayətinə hücum edib, ölənlər var
Dünya
247
26 Nov 2025 | 23:57

Rusiya Ordusu Ukraynanın Xerson vilayətinə hücum edib, ölənlər var

Rusiya Ordusu dronunun Ukraynanın Xerson vilayətinə hücumu nəticəsində iki nəfər ölüb.

Moderator.az-ın məlumatına görə, bu barədə Xerson Vilayət Prokurorluğu teleqram kanalında xəbər verib.

Məlumata görə, Rusiya qoşunları saat 19:40-da Xersonda mülki avtomobili dronla vurub. Hücum nəticəsində 34 yaşlı qadın və 6 yaşlı uşaq həlak olub. Nəqliyyat vasitəsinin sürücüsü yaralanıb, o, tibb müəssisəsinə aparılıb.

Xerson Dairə Prokurorluğunun prosedur rəhbərliyi altında mülki şəxslərin ölümünə səbəb olan müharibə cinayəti (Ukrayna Cinayət Məcəlləsinin 438-ci maddəsinin 2-ci hissəsi) üzrə məhkəməyəqədər istintaq başlanıb.

Prokurorlar müstəntiqlərlə birlikdə cinayətin hallarını sənədləşdirməyə və Rusiya hərbi qüvvələrinin mülki şəxslərə qarşı daha bir hücumu ilə bağlı dəlillər toplamağa davam edirlər.

Link kopyalandı!
Son xəbərlər