00:23
13°C
Bakı
"Tomb Raider" franşizinin baş qəhrəmanı Lara Kroft Ginnesin Rekordlar Kitabında iki dünya rekordu müəyyənləşdirib.
Moderator.az bu barədə dtf.ru-ya istinadən xəbər verir.
Belə ki, Lara Kroft video oyunların tarixində ən çox satılan qadın personajı olub. 1996-cı ildən bəri sözügedən personajın 100 milyondan çox surəti satılıb.
Bundan başqa, o, jurnalların üz qabığında görünmə sayı üzrə oyun personajları arasında rekordçu olub. Lara Kroft indiyədək 2 300 jurnalın üz qabığını bəzəyib.