Rusiyada məhkəmə narkotik qaçaqmalçılığına görə aktrisa barədə hökm çıxarıb
Dünya
106
22:30, Bu gün

Rusiyada məhkəmə narkotik qaçaqmalçılığına görə aktrisa barədə hökm çıxarıb

Rusiyada Domodedovo Şəhər Məhkəməsi narkotik qaçaqmalçılığı işi üzrə aktrisa Aqlaya Tarasova barədə hökm çıxarıb.

Moderator.az bu barədə "Kommersant" nəşrinə istinadən xəbər verir.

Məhkəmə onu Domodedovo aeroportundan tərkibində çətənə yağı olan veyp mayesini keçirməyə cəhd etdiyinə görə şərti olaraq üç il azadlıqdan məhrum edib və 200 min rubl (4 330 manat - red.) məbləğində cərimələyib.

Xatırladaq ki, Tarasova avqustun 28-də Domodedovada gömrükdən keçərkən saxlanılmışdı.

Tarasova "İnternlər", "Prinsipsizlər" seriallarında, "Buz", "Buz-2", "Buz-3" və "Xolop-2" filmlərindəki rolları ilə tanınır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər