ABŞ-də prokurorluq 2020-ci il seçkilərinə müdaxilə ilə bağlı Trampa qarşı işi dayandırıb
Dünya
186
26 Nov 2025 | 22:10

ABŞ-də prokurorluq 2020-ci il seçkilərinə müdaxilə ilə bağlı Trampa qarşı işi dayandırıb

ABŞ-nin Corciya ştatının Prokurorluğu 2020-ci il prezident seçkilərinə müdaxilə ilə bağlı ABŞ Prezidenti Donald Trampa qarşı qaldırılan işin dayandırıldığını elan edib.

Moderator.az xəbər verir ki, bu barədə 26 noyabrda ştatın prokuroru vəzifəsini icra edən Peter Skandalakis tərəfindən imzalanan, cinayət işinin ləğv edilməsi ilə bağlı vəsatətdə elan olunub.

"İşin materiallarını diqqətlə araşdırdıqdan, tətbiq olunan qanunvericiliyə və məhkəmə təcrübəsinə baxıldıqdan və işin hakimlər heyətinə verilməsindən əvvəl "nolle prosequi" (kargüzarlıq işinin dayandırılması) qərarı çıxarılıb", - sənəddə deyilir.

Qərarın səbəbi "ədalətin maraqlarına riayət edilməsi və qərarın sonluğunun təmin olunması" adlanır.

Link kopyalandı!
Son xəbərlər