Dünya
122
21:47, Bu gün

"İsrail Trampın Qəzza planını əngəlləyir: Türkiyə və Qətər hərəkətə keçib" - "Yeni Şafak"

"İsrail maneələrinə baxmayaraq, Qəzza planının ikinci mərhələsi üçün diplomatik və hərbi koordinasiya davam edir..."

25 noyabr 2025-ci il tarixində Qahirədə Türkiyə, Qətər və Misir nümayəndə heyətləri arasında Qəzzada atəşkəslə bağlı Trampın planının ikinci mərhələsi ilə bağlı üçtərəfli görüş keçirilib.

Moderator.az xəbər verir ki, bu barədə "'yenisafak.com" nəşri yazıb.

Üçtərəfli görüş və ikinci mərhələnin müzakirəsi

Məlumatda deyilir ki, görüşdə Türkiyə Milli Kəşfiyyat Xidmətinin rəhbəri İbrahim Kalın, Qətər baş naziri və xarici İşlər naziri Şeyx Məhəmməd bin Əbdürrahman əl-Sani, həmçinin Misir Kəşfiyyat Xidmətinin rəhbəri Həsən Rəşad iştirak edib.

Tərəflər Qəzza bölgəsində atəşkəs sazişinin ikinci mərhələsinə keçidi, HƏMAS-ın və digər qruplaşmaların silahsızlaşdırılmasını, keçid hökumətinin yaradılmasını və beynəlxalq sabitləşdirici qüvvələrin yerləşdirilməsini müzakirə edib. ABŞ ilə koordinasiyalı birgə səylərin gücləndirilməsi və Mülki Hərbi Koordinasiya Mərkəzi (MHKM) ilə əməkdaşlığın davam etdirilməsi də gündəmdə olub.

İsrail maneələri və ABŞ-ın çətinlikləri

Məlumata görə, ikinci mərhələnin həyata keçirilməsi zamanı ciddi maneələr yaranıb. Beynəlxalq sabitləşdirici qüvvələrin formalaşdırılması hələ başa çatmayıb, bəzi ölkələr əvvəlki razılaşmalardan geri çəkilib. Bu vəziyyət HƏMAS-ın silahsızlaşdırılmasını təxirə salır və İsrailin özünün bu prosesi həyata keçirməsini tələb edir.

ABŞ Trampın Qəzza planının ikinci mərhələsində İsrailin HƏMAS-a qarşı sərt addımlar atmasına imkan vermir. HƏMAS isə planın icrasını uzadır, bu isə İsrail üçün ciddi narahatlıq yaradır.

Türkiyə və Qətərin koordinasiyalı addımları

Türkiyə və Qətər Qəzza bölgəsində yaranmış boşluğu doldurmaq üçün ABŞ-la koordinasiyalı şəkildə hərəkət edir. Diplomatik mənbələr bildirir ki, ABŞ iştirakçı ölkələri planın tam həyata keçirilməsinə dəstək verməyə inandırmağa çalışır, lakin beynəlxalq sabitləşdiriki qüvvələrin taleyi hələ qeyri-müəyyəndir.

Görüş zamanı həmçinin HƏMAS-ın siyasi partiyaya çevrilməsi və Fələstin Azadlıq Təşkilatının islahatı işlərinə cəlb olunması məsələsi müzakirə edilib. Bu addımların məqsədi Qəzzada həyatın siyasi, iqtisadi və sosial sahələrində sülhə töhfə verməsidir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər