Türkiyə Qəzzada sülhün təminatı üçün məsuliyyəti öz üzərinə götürməyə hazırdır
Dünya
30
21:40, Bu gün

Türkiyə Qəzzada sülhün təminatı üçün məsuliyyəti öz üzərinə götürməyə hazırdır

Türkiyənin Milli Təhlükəsizlik Şurasının (MTŞ) bugünkü iclasında Qəzzada son vəziyyət müzakirə olunub.

Moderator.az xəbər verir ki, iclasdan sonra paylaşılan yazılı açıqlamada Türkiyənin atəşkəsin təmin edilməsində olduğu kimi, bundan sonrakı mərhələdə də Qəzzada sülh və sabitliyin təminatçısı olacaq mexanizmlərdə üzərinə məsuliyyət götürməyə və Qəzzanın dirçəlməsi istiqamətindəki səylərə töhfə verməyə hazır olduğu bildirilib.

Açıqlamada, həmçinin Türkiyənin də iştirakı ilə Qəzzada əldə olunan atəşkəsin regiondakı soyqırımın dayandırılması üçün həyati əhəmiyyət daşıdığı vurğulanıb.

“İsrail administrasiyası dərhal hücumlarını dayandırmalı və öhdəliklərini yerinə yetirməlidir”, – bəyanatda deyilir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər