AB bu reallığı qəbul edənə qədər... - Slutski
Dünya
37
21:30, Bu gün

AB bu reallığı qəbul edənə qədər... - Slutski

Avropa Birliyinin baş diplomatı Kaya Kallas, Avropa Komissiyasının sədri Ursula fon der Leyen və BMT Baş Assambleyasının sədri Annalena Berbok kimi siyasətçilərə görə Avropa Ukrayna böhranının həlli üzrə danışıqlarda iştirak etmir.

Moderator.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski bildirib.

O qeyd edib ki, AB ölkələri Rusiya ilə dialoqun vacibliyini dərk etməsələr, kənarda qalmağa davam edəcəklər:

“Məhz Kallas, Berbok, Leyen, Borrell və Baydenin digər əlaltıları kimi insanlar üzündən AB artıq qitənin ən böyük təhlükəsizlik böhranının həlli üçün danışıqlar masasında deyil, tarixin kənarına atılıb. AB reallığı və Rusiya ilə konstruktiv dialoqa ehtiyacı qəbul edənə qədər orada qalacaq”.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər