Misir XİN: Misir İsrailin Livana hücumlarının qarşısını almağa çalışır
Dünya
21
21:19, Bu gün

Misir XİN: Misir İsrailin Livana hücumlarının qarşısını almağa çalışır

Livanda sabitliyin və təhlükəsizliyin qorunması yeni hərbi eskalasiyanın qarşısını almağa çalışan Qahirə üçün prioritetdir.

Moderator.az xəbər verir ki, bunu Misirin xarici işlər naziri Bədr Əbdül Əti Beyrutda keçirilən mətbuat konfransında deyib.

"Səylərimiz Livanın suverenliyini pozan İsrail hücumlarının qarşısını almağa yönəlib. Biz güc tətbiqinin nəticə verməyəcəyinə inanırıq və Livanı hər hansı bir təcavüzdən qorumaq istəyirik", - o deyib.

Qeyd edək ki, Misir XİN rəhbəri çərşənbə günü Beyrutda Livan prezidenti Cozef Aun və parlamentin sədri Nəbih Berri ilə danışıqlar aparıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər