20:43
13°C
Bakı
İstanbulda (Türkiyə) qaldıqları hoteldə halı pisləşərək xəstəxanaya yerləşdirilən Böcek ailəsinin ölüm səbəbi müəyyən edilib.
Moderator.az "A Haber"ə istinadən xəbər verir ki, İstanbul Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində hazırlanan autopsiya hesabatında ana Çiğdem Böcek, ata Servet Böcek və uşaqları Kadir Muhammet (6) və Masal Böceyin (3) həşəratlara qarşı dərman zəhərlənməsindən öldükləri müəyyən edilib.
Prokurorluq zəhərləyici maddənin hotelə necə daxil olmasını araşdırır.