Ən aktiv ikinci ordu: Azərbaycanda da hərbçiləri var
Dünya
42
20:10, Bu gün

Ən aktiv ikinci ordu: Azərbaycanda da hərbçiləri var

Sülh uğrunda 3 qitənin 14 ölkəsində xidmət edən Türkiyə hərbçiləri bu dəfə Ukrayna üçün hərəkətə keçir. Fransa Prezidenti Emmanuel Makron bildirib ki, sülh təmin olunsa, Böyük Britaniya, Fransa və Türkiyə hərbi qüvvələri Ukraynada yerləşdiriləcək.

Moderator.az Teleqraf-a istinadən xəbər verir ki, hazırda Türkiyənin 14 ölkədə hərbi varlığı mövcuddur.

Bunların bir qismi döyüş qüvvələrindən ibarətdir, böyük əksəriyyəti isə bu ölkələrin ordularına təlim keçmək üçün fəaliyyət göstərir.

Türkiyə hərbçilərinin olduğu ölkələr belədir: Şimali Kipr Türk Respublikası, Suriya, İraq, Somali, Kosova, Qətər, Bosniya və Herseqovina, Livan, Azərbaycan, Albaniya, Liviya, Konqo Demokratik Respublikası, Mali, Mərkəzi Afrika Respublikası.

Britaniyada aparılan tədqiqat göstərir ki, Türkiyə ABŞ-dan sonra xaricdə ən aktiv ikinci orduya malik ölkədir. Türkiyənin hazırda 14 ölkədə hərbi mövcudluğu var və bəzi ölkələrdə həm əsgərləri, həm də hərbi bazaları mövcuddur.

Türkiyə Silahlı Qüvvələrinin İraq, Suriya, Qətər, Somali, Liviya və Şimali Kiprdə hərbi bazalarının olduğu bildirilir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər