Luvrun təhlükəsizlik sistemində boşluqlar hələ 2018-ci ildə aşkarlanıb
Dünya
26
20:00, Bu gün

Luvrun təhlükəsizlik sistemində boşluqlar hələ 2018-ci ildə aşkarlanıb

Luvrun təhlükəsizlik sisteminin yoxlanılması muzeyin zəif nöqtələrinin hələ 2018-ci ildə müəyyən edildiyini göstərib.

Moderator.az xəbər verir ki, bu barədə "Le Monde" nəşri yazıb.

Nəşrin məlumatına görə, aparılan yoxlama zamanı eyvan zəif nöqtə kimi müəyyən olunub. Məlum olduğu kimi, Luvra oğrular məhz həmin eyvandan daxil olublar. Oktyabrın 19-da fəhlə geyimində olan naməlum şəxslər qaldırıcı kranın köməyi ilə muzeyə girərək, cəmi bir neçə dəqiqə ərzində Napoleonun kolleksiyasından 88 milyon avro dəyərində qiymətli əşyaları oğurlayıblar. Qaçarkən onlar yolüstü imperatriçə Yevgeniyaya məxsus, 1 354 brilyantla işlənmiş tacı yerə salıblar. Oğurlanmış eksponatların bir hissəsini isə darknet vasitəsilə satmağa cəhd göstəriblər.

Luvrun direktoru Lorens de Kar noyabrın 7-də muzey rəhbərliyi ilə iclas keçirib. Onun sözlərinə görə, rəhbərlik videomüşahidə sisteminin yenilənməsi də daxil olmaqla strateji plan hazırlayıb. De Kar vurğulayıb ki, videomüşahidə muzeyin təhlükəsizlik sisteminin ən zəif həlqələrindən biridir. Bu sistem hələ modernləşdirilməyib və onun fikrincə, Luvr bu vəziyyətdə XXI əsrin səviyyəli muzeyi hesab oluna bilməz.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər