20:05
14°C
Bakı
"Ouşenin 11 dostu" və "Komandos" filmlərində rol almış amerikalı aktyor Maykl Delano 85 yaşında vəfat edib.
Moderator.az bildirir ki, bu barədə "The Hollywood Reporter" jurnalı aktyorun həyat yoldaşı Cin Delanoya istinadən xəbər verir.
Onun sözlərinə görə, əri oktyabrın 20-də Las-Veqas xəstəxanasında ürək çatışmazlığından vəfat edib.
Qeyd edək ki, Delano aktyorluq karyerası ərzində 70-dən çox film və serialda çəkilib.