Rumıniya anti-Rusiya sanksiyalarının pozulmasına görə cinayət məsuliyyəti tətbiq edib
Dünya
37
19:20, Bu gün

Rumıniya anti-Rusiya sanksiyalarının pozulmasına görə cinayət məsuliyyəti tətbiq edib

Rumıniya Deputatlar Palatası (parlamentin aşağı palatası) hökumətin beynəlxalq sanksiyalarla bağlı qərarına düzəlişləri böyük səs çoxluğu ilə təsdiqləyib.

Moderator.az xəbər verir ki, bu barədə Rumıniya Xarici İşlər Nazirliyinin (XİN) açıqlamasında bildirilir.

"Qanun layihəsinə görə, Rusiya Federasiyasına qarşı tətbiq edilənlərin pozulması və ya onlardan yayınma ağır cinayət hesab olunur və Rumıniyanın Mütəşəkkil Cinayətkarlıq və Terrorizmə Qarşı Mübarizə İdarəsinin səlahiyyətinə daxildir. Bundan əlavə, qanun sanksiyaların tətbiqində iştirak edən dövlət orqanları arasında qarşılıqlı əlaqə və koordinasiya mexanizmlərini dəqiqləşdirir və sanksiya altında olan təşkilatları dəstəkləyən fiziki və hüquqi şəxslər üçün cinayət məsuliyyəti müəyyən edir", – açıqlamada qeyd olunub.

Düzəlişlərin qəbul edilməsi ilə Rumıniya Avropa İttifaqının sanksiyaların pozulması və onlardan yayınmaya görə cinayət məsuliyyəti barədə direktivini milli qanunvericiliyə daxil edib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər