18:31
14°C
Bakı
Ukrayna və NATO innovasiya, texnologiya və mühəndislik sahəsində ilk birgə proqramı — UNITE – Brave NATO layihəsinin icrasına başlayıblar.
Moderator.az xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb.
Layihə NATO və Ukrayna tərəfindən prototiplərin və sınaqdan keçirilmiş innovativ texnologiyaların genişləndirilməsi məqsədilə həyata keçirilən ilk birgə proqramdır. Bu texnologiyalar əməliyyat uyğunluğu tələblərinə cavab verməyə kömək edir.
Layihənin ilkin mərhələsinin məqsədi ön xəttdə yeni innovativ məhsulların tətbiqi olacaq. Bu məhsullar pilotsuz uçan aparatlara qarşı mübarizə, hava hücumundan müdafiənin gücləndirilməsi, və ön xəttdə əlaqənin təmin edilməsi kimi istiqamətləri əhatə edir.