Beynəlxalq Elm və Təhlükəsizlik (BET) İnstitutu Tehranda İran Müdafiə Araşdırmaları və İnnovasiyaları Təşkilatının (Səpənd) binasında təmizləmə əməliyyatlarının həyata keçirildiyini açıqlayıb.
Moderator.az xəbər verir ki, peyk görüntülərinə əsaslanan məlumatlara görə, bu əməliyyatlar, İranın nüvə proqramını silahlandırmaqdan məsul Səpəndin yeni qərargahında aparılır.
BET Səpənd binasının 2013-cü ildən fəaliyyət göstərdiyini və 12 günlük müharibə zamanı İsrailin hücumlarına məruz qaldığını bildirib. Xüsusilə, iyunun 20-də İsrail ordusunun gecə saatlarında Səpənd binasını da hədəf aldığı açıqlanıb. Səpənd, 2020-ci ildə öldürülən İran nüvə proqramının mühüm fiqurlarından Möhsün Fəxrizadənin rəhbərliyi altında qabaqcıl hərbi texnologiyalar üzərində işləyib.
Qeyd olunub ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (MAQATE) bu binaya heç vaxt baş çəkməyib, ancaq görünür, bir neçə dəfə hava hücumlarına məruz qalıb.