Müğənni bir mahnıya görə 50 min cərimələndi
Dünya
118
17:40, Bu gün

Müğənni bir mahnıya görə 50 min cərimələndi

Rusiyanın “Zolotoye koltso” (“Qızıl üzük”) ansamblı müəllif hüquqlarının pozulmasına görə 50 min rubl (1080 manat) cərimələnib.

Moderator.az xəbər verir ki, müğənni Nadejda Kadışeva “Teçot ruçey” və “Rossiya-Rus” mahnılarını müəlliflərindən icazə almadan ifa edib.

Rusiya Müəlliflik Cəmiyyəti ansamblı məhkəməyə verib. İddiada 2 mahnının hüquqlarının pozulduğu qeyd olunub. Kadışeva bu mahnıları 11 aprel tarixində Moskvada keçirilən “Plıvyot venyoçek” adlı konsert proqramında ifa edib. Hər iki mahnının müəllifi şair Viktor Pelenyaqredir. Hüquq müdafiəçiləri iki mahnıya görə ümumilikdə 80 min rubl (1700 manatdan çox) təzminat tələb ediblər.

Yalnız “Rossiya-Rus” mahnısına görə cəza kəsən məhkəmə iddianı qismən təmin edib. İndi Kadışevanın ansamblı 40 min rubl (864 manat) ödəməli, əlavə olaraq 10 min rubl (216 manat) dövlət rüsumunu geri qaytarmalıdır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər