17:44
14°C
Bakı
Ermənistanda yanğınlarla bağlı vəziyyəti nəzarət altındadır və digər ölkələrdən kömək istəmək məsələsi müzakirə olunmur.
Moderator.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan bildirib.
Hazırda təxminən 700 mütəxəssis, polis əməkdaşı, yerli sakin və digər vətəndaşlar Tavuş bölgəsində 4 yanğın ocağında yanğınsöndürmə işləri ilə məşğuldur.
Bundan əlavə, Müdafiə Nazirliyinin helikopteri də yanğınların söndürülməsi işlərinə cəlb olunub.