Solovyovu zəhərli pizza ilə öldürmək istəyiblər
Dünya
43
17:35, Bu gün

Solovyovu zəhərli pizza ilə öldürmək istəyiblər

Tanınmış rusiyalı teleaparıcı Vladimir Solovyova sui-qəsd cəhdində ittiham olunanlar onu zəhərli pizza ilə öldürməyə cəhd ediblər.

Moderator.az xəbər verir ki, bu barədə sui-qəsd cəhdi ilə bağlı cinayət işinə baxılan məhkəmədən TASS-a məlumat verib.

Məhkəmə iclası zamanı təqsirləndirilən şəxslərdən biri - Andrey Pronskinin mənzilində qeydə alınan kadrlar səsləndirilib.

"Məsələn, biz Solovyovun ünvanını tapırıq, onun "Yandeks"dən sifarişini izləyirik, yeməyi aparanın qarşısını kəsir və zəhərli pizzanı teleaparıcıya ötürürük", - deyə Pronski öz planını digər müttəhim Vladimir Belyakov və iş üzrə digər təqsirləndirilənlərə izah edir.

Söhbət zamanı başqa bir plan da gündəmə gəlib: Solovyovun avtomobilinə zəhərli maddələr səpmək. Təqsirləndirilən şəxslər sonda zəhərləmə variantından imtina edərək, teleaparıcının avtomobilini PUA ilə partlatmaq qərarına gəliblər.

İş üzrə təqsirləndirilən şəxslərə bir neçə ittiham üzrə cinayət işi açılıb. İttiham tərəfinin fikrincə, Pronski Solovyova qarşı sui-qəsdin təşkilatçısı olub.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər