Müdafiə naziri: Türkiyə Azərbaycanla hərbi əməkdaşlıq sahəsində əhəmiyyətli irəliləyişə nail olub
Dünya
19
17:30, Bu gün

Müdafiə naziri: Türkiyə Azərbaycanla hərbi əməkdaşlıq sahəsində əhəmiyyətli irəliləyişə nail olub

Türkiyə Azərbaycanla hərbi əməkdaşlıq sahəsində əhəmiyyətli irəliləyişə nail olub.

Moderator.az “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Güler parlamentdə büdcə müzakirələrində bildirib.

Türkiyənin bir çox regionda beynəlxalq təhlükəsizlik, sülh və sabitliyə əhəmiyyətli töhfələr verdiyini vurğulayan nazir bu çərçivədə Azərbaycanla ikitərəfli əlaqələri daha da dərinləşdirdiklərini qeyd edib.

“Azərbaycan Silahlı Qüvvələrinin yenidən qurulması çərçivəsində biz müdafiə sənayesi, eləcə də kadr hazırlığı, yardım və məsləhət fəaliyyəti sahəsində əməkdaşlıqda əhəmiyyətli irəliləyişə nail olmuşuq və bunu davam etdiririk”, - müdafiə naziri vurğulayıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər