Rusiya ordusu bu şəhərin mərkəzinə daxil oldu
Dünya
168
17:18, Bu gün

Rusiya ordusu bu şəhərin mərkəzinə daxil oldu

Rusiya ordusu Ukraynanın Donetsk vilayətinin Pokrovsk şəhərinin mərkəzinə girib.

Moderator.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın “DeepState” monitorinq qrupu məlumat yayıb.

Mənbə şəhərin mərkəzində Rusiya hərbçilərinin sayının getdikcə artdığını bildirib.

“Təəssüf ki, şəhərin mərkəzi hissəsində işğalçıların görüntüləndiyi videoların sayı artır. Bu dəfə onların qrupu şəhərin şimalından cənubuna doğru hərəkət edir, şəhər və yerli biznes obyektlərinin dağıntılarını çəkib yayırlar”, - məlumatda bildirilib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər