Alen Simonyan:
Dünya
58
17:05, Bu gün

Alen Simonyan: "Ermənistan faktiki olaraq KTMT-dən çıxıb"

Ermənistan parlamentinin sədri Alen Simonyan hesab edir ki, Ermənistan faktiki olaraq artıq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü deyil.

Moderator.az TASS-a istinadla xəbər verir ki, o bunu jurnalistlərlə söhbətində "Ermənistan nə üçün KTMT-dən çıxmır" sualına cavabında bəyan edib.

"Niyə KTMT-dən çıxmırıq? Baxın, faktiki olaraq biz (KTMT-dən - red.) çıxmışıq, qalan məsələlərə gəlincə, bunu bizim siyasi məqsədəuyğunluğumuza və danışıqlarımıza buraxın", - deyə Simonyan bildirib.

Bununla belə, o vurğulayıb ki, bu addımı "anti-Rusiya" təzahürü hesab etmir.

Amma Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Safaryan noyabrın 26-da jurnalistlərə bəyan edib ki, indiki mərhələdə Ermənistanın KTMT-dən çıxması məsələsi müzakirə olunmur.

Daha əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Yerevan KTMT-nin işində iştirakını dondurub, çünki təşkilat guya respublikanın suverenliyinə təhlükə yaradıb. O, 2024-cü ilin dekabrında bəyan etmişdi ki, Ermənistan və KTMT arasındakı münasibətlər geri dönüşü mümkün olmayan nöqtəni keçib. Respublika XİN-in başçısı Ararat Mirzoyan Varşavada təhlükəsizlik məsələləri üzrə beynəlxalq forumda deyib ki, onun ölkəsi KTMT-dən çıxmağın mümkün risklərini hesablayır. Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova isə bəyan edib ki, bu addım respublikanın təhlükəsizliyini möhkəmləndirməyəcək, Yerevanın təşkilata geridönüşü isə vaxt aparacaq.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər