Olimpiya məşəli ilk məşəlçiyə təhvil verildi
Dünya
60
17:00, Bu gün

Olimpiya məşəli ilk məşəlçiyə təhvil verildi

Olimpiadanın vətəni Yunanıstanda 2026-cı ilin Qış Oyunları üçün alovlandırılan məşəl Qədim Olimpiya Arxeoloji Muzeyində keçirilmiş mərasimdə ilk məşəlçiyə təhvil verilib.

Moderator.az xəbər verir ki, bu barədə məlumatı TASS yayıb.

İlk məşəlçi 2024-cü il Olimpiya Oyunlarının akademik avarçəkmə üzrə bürünc mükafatçısı Petros Qaydatsis seçilib. O, Yunanıstanda doqquzgünlük Olimpiya məşəli estafetinin ilk mərhələsində start götürüb. Estafetin ilk dayanacağı Olimpiya Oyunlarının təsisçisi - fransız baron Pyer de Kubertinin qədim stadiondan çox da uzaqda olmayan müasir abidəsi olacaq. Ümumilikdə estafetin məşəlini təxminən 450 məşəlçi daşıyacaq. Estafet Pirqos, Amaliada, Kalavrita, Patras, Aqrinio, Karpenisi, Kalambaka, Metsovo, Kozani, Kastoria, Florina, Nausa, Serre, Drama, Saloniki, Lamiya, Araxova, Levadiya, Afina ərazilərindən keçəcək.

Estafet başa çatandan sonra Olimpiya məşəli Afinaya qayıdacaq və "Panatinaikos" stadionunda keçiriləcək rəsmi mərasimdə İtaliya Olimpiadasının təşkilatçılarına təhvil veriləcək. Qeyd edək ki, müasir tarixdə - 1896-cı il dekabrın 4-də ilk Olimpiya Oyunları bu qədim stadionda keçirilib. Olimpiya estafetinin İtaliya hissəsi Oyunların açılış mərasimindən düz iki ay əvvəl - dekabrın 6-da Romada start götürəcək.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər