Dünya
19
16:43, Bu gün

"ChatGPT"də səsli danışıq rejimi yeniləndi

"OpenAI" "ChatGPT"də səsli danışıq rejimini yeniləyərək onu əsas söhbət interfeysinə inteqrasiya edib. İndi səsli dialoq zamanı yazışma pəncərəsi açıq qalır və nitqin transkripsiyası real vaxt rejimində göstərilir.

Moderator.az xəbər verir ki, bu barədə tərtibatçılar "X" sosial şəbəkəsindəki səhifələrində məlumat veriblər.

Yeniləmə çərçivəsində xidmət daha geniş multimedia imkanları əldə edib: çat-bot istifadəçilərə məhsullara keçidlər göndərə, xəritələri, şəkilləri, habelə real vaxt rejimində söhbət prosesində hava proqnozu vicetlərini göstərə bilər.

Lazım gəldikdə istifadəçilər səsli rejimin əvvəlki formatına qayıda bilərlər. Bunun üçün "Fərdiləşdirmə" bölməsini açmaq, "Ətraflı" bölməsinə keçmək və "Ayrıca rejim"i seçmək lazımdır. Bu rejimdə interfeys animasiyalı kürə şəklində göstərilir və dialoqların mətn transkripsiyası yalnız dialoq bitdikdən sonra əlçatan olur.

İstifadəçilər tənzimləmələrdə kişi və qadın olmaqla, bir neçə səs variantı seçə bilərlər.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər