Şeyx Hasinanın bank seyflərindən 10 kiloqram qızıl müsadirə edildi
Dünya
22
16:42, Bu gün

Şeyx Hasinanın bank seyflərindən 10 kiloqram qızıl müsadirə edildi

Banqladeşin korrupsiya əleyhinə qurumları ölkənin sabiq baş naziri Şeyx Hasinanın bank seyflərindən təxminən 10 kiloqram qızıl müsadirə ediblər.

Moderator.az xəbər verir ki, bu barədə Milli Gəlirlər Şurasının Mərkəzi Kəşfiyyat İdarəsinə istinadla "Al Arabiya" məlumat yayıb.

Bildirilir ki, seyflər sentyabrda onlara həbs qoyulduqdan sonra məhkəmə qərarı ilə açılıb.

"Biz seyfləri açdıq və keçmiş baş nazirə məxsus təxminən 9.7 kiloqram qızıl aşkar etdik", - deyə bəyanatda bildirilib.

Müstəntiqlər bildiriblər ki, Hasina vəzifədə olarkən aldığı hədiyyələrin bir qismini qanunun tələb etdiyi kimi dövlət xəzinəsinə təhvil verməyib. Hazırda Milli Gəlirlər Şurası Hasinanın vergi ödəməkdən yayınıb-yayınmadığını və bu dəyərli əşyaları bəyan edib-etmədiyini araşdırır.

Xatırladaq ki, Banqladeş Beynəlxalq Cinayət Tribunalı tələbələrin üsyanını xüsusi amansızlıqla yatırdığına görə Hasinanı ölüm cəzasına məhkum edib. BMT-nin məlumatına görə, üsyanın yatırılması zamanı təqribən 1 400 insan öldürülüb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər