Honqkonqda yaşayış kompleksində baş verən yanğında ölənlərin sayı artdı
Dünya
39
16:30, Bu gün

Honqkonqda yaşayış kompleksində baş verən yanğında ölənlərin sayı artdı

Honqkonqun Tai Po rayonunda çoxmərtəbəli yaşayış kompleksində baş verən yanğın nəticəsində azı dörd nəfər ölüb.

Moderator.az CNN-ə istinadən xəbər verir ki, yerli yanğınsöndürmə xidməti hadisə zamanı üç nəfərin xəsarət aldığını da bildirib.

Yerli mətbuatda ölənlərdən birinin xilasedici olduğu bildirilir, lakin bu məlumat hələlik təsdiqini tapmayıb.

Hələ də yanan binada köməksiz vəziyyətdə qalan insanların sayı barədə dəqiq məlumat yoxdur.

Qeyd olunur ki, bambukdan hazırlanan tikinti materialları binada yanğına səbəb olub. Honqkonqda tikinti və təmir işləri üçün bambukdan istifadə olunur. Hökumət təhlükəsizlik problemləri səbəbindən ictimai layihələrdə bambukdan istifadəni mərhələli şəkildə dayandıracağını da açıqlayıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər