16:50
14°C
Bakı
Suriyanın şimal-qərbində baş vermiş partlayış nəticəsində bir neçə nəfər yaralanıb.
Bu barədə Moderator.az "Sky News Arabiya"ya istinadən xəbər verir.
Məlumata görə, partlayış İdlib əyalətinin Kafr-Taxarim şəhərində baş verib. Qeyd olunur ki, zərərçəkənlərin sayı hələ ki məlum deyil.
Mənbələrin məlumatına görə, hadisənin səbəbləri araşdırılır.