Jurnalist Fatih Altaylıya HÖKM OXUNDU
Dünya
81
14:55, Bu gün

Jurnalist Fatih Altaylıya HÖKM OXUNDU

Türkiyə prezidentini təhdid etməkdə ittiham olun tanınmış jurnalist Fatih Altaylıya hökm oxunub.
 
Moderator.az “Haber Global”a istinadən xəbər verir ki, məhkəmənin qərarına əsasən Fatih Altaylı 4 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.
 
Qeyd edək ki, jurnalist bu ilin iyun ayında həbs edilib. Fatih Altaylıya qarşı 20 iyun tarixində YouTube kanalında yayımlanan veriliş zamanı prezident Rəcəb Tayyib Ərdoğanla bağlı səsləndirdiyi ifadələrə görə istintaq başlanılıb. Həmin ifadələrin yer aldığı videoya dair təhlil hesabatında Altaylının hərəkətlərinin prezidentə təhdid cinayəti tərkibinə düşdüyü göstərilib.
 
Vurğulanır ki, sözügedən video mətbuat və yayım vasitələri ilə ictimaiyyətə açıq şəkildə paylaşılıb və yayımlandıqdan sonra geniş auditoriyaya çatıdılıb. İstintaq orqanları Altaylının bu ifadələri qəsdən “ötürmək” niyyəti ilə səsləndirdiyini qeyd edir.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər