Rusiya yığmasının keçmiş qapıçısı özündən 28 yaş kiçik teleaparıcı ilə evlənib
Dünya
35
14:18, Bu gün

Rusiya yığmasının keçmiş qapıçısı özündən 28 yaş kiçik teleaparıcı ilə evlənib

Futbol üzrə Rusiya yığmasının sabiq qapıçısı Ruslan Niqmatullin özündən 28 yaş kiçik teleaparıcı Yevelina Sinçe ilə ailə həyatı qurub.
 
Moderator.az xəbər verir ki, bu barədə sabiq futbolçu sosial şəbəkə hesabında məlumat yayıb.
 
Məlumata görə, 51 yaşlı keçmiş qapıçının 23 yaşlı aparıcı ilə toyu Moskvada baş tutub.
 
Keçən il Niqmatullin 26 illik evliliyindən sonra birinci arvadı Yelenadan boşanıb. Sonradan məlum olub ki, məhkəmə qərarı ilə Niqmatullinin keçmiş həyat yoldaşı ona 59 milyon rubl (təxminən 1 milyon 275 min manat) ödəyib. Bu, keçmiş qapıçının Moskvadakı ortaq mənzilinin satışına görə olub. Futbolçunun sabiq arvadı evi sataraq, bütün pullara özünə götürübmüş.
 
Qeyd edək ki, Niqmatullin Rusiya seçməsinin heyətində 24 oyun keçirib, 18 qol buraxıb. O, klub səviyyəsində iki dəfə "Spartak Moskva" və bir dəfə "Lokomotiv"lə (Moskva) Rusiya çempionu olub.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər