Bizi sosial şəbəkələrdən izləyin:
İsrail İordan çayının qərb sahilinin şimal hissəsində genişmiqyaslı antiterror əməliyyatına başlayıb.
Moderator.az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə İsrail Müdafiə Qüvvələrindən (IDF- SAXAL) məlumat verilib.
"26 noyabr gecəsi SAXAL, sərhəd polisi və ümumi təhlükəsizlik xidməti Samariyanın şimalında (İordan çayının qərb sahilinin şimal hissəsi - red.) genişmiqyaslı antiterror əməliyyatı çərçivəsində hərəkətə başlayıblar", - deyə məlumatda bildirilib.
SAXAL-dan, həmçinin qeyd edilib ki, İsrail təhlükəsizlik qüvvələri terrorun qarşısını almaq üçün aktiv tədbirlər görür.