“Onlarla görüşü səbirsizliklə gözləyirəm”
Dünya
114
00:32, Bu gün

“Onlarla görüşü səbirsizliklə gözləyirəm”

ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukrayna liderləri Vladimir Putin və Volodimir Zelenski ilə görüşməyə hazır olduğunu bildirib. 

Moderator.az xəbər verir ki, o bu barədə özünün “Truth Social” sosial şəbəkəsində yazıb.

“Prezident Zelenski və prezident Putinlə görüşü səbirsizliklə gözləyirəm, ancaq bu müharibəni bitirmək üçün saziş başa çatdıqda və ya son mərhələdə olacaq”, - Tramp qeyd edib.

Həmçinin Tramp öz nümayəndəsi Stiven Uitkoffa Moskvada Putinlə görüşü təşkil etməyi tapşırıb.

Link kopyalandı!
Son xəbərlər