Tramp: Uitkoff Putinlə görüşmək üçün Moskvaya gedəcək
Dünya
241
25 Nov 2025 | 23:54

Tramp: Uitkoff Putinlə görüşmək üçün Moskvaya gedəcək

ABŞ Prezidenti Donald Tramp xüsusi nümayəndəsi Stiv Uitkoffa Rusiya lideri Vladimir Putinlə görüşmək üçün Moskvaya getməyi tapşırıb.

Moderator.az xəbər verir ki, bu barədə o, "Truth Sosial" sosial şəbəkəsində yazıb.

Onun sözlərinə görə, Uitkoff Putinə Vaşinqton tərəfindən təklif olunan sülh sazişi planını təqdim edəcək:

"Sülh planı üzərində işin başa çatacağına ümidlə xüsusi elçim Stiv Uitkoffa Moskvada prezident Putinlə görüşməyi tapşırdım. Eyni zamanda ABŞ-nin ordu naziri Den Driskoll Ukrayna tərəfi ilə görüşəcək".

Tramp qeyd edib ki, müqavilə üzrə cəmi bir neçə mübahisəli bəndin razılaşdırılması qalıb, lakin sənəd Ukrayna və Rusiya tərəfi ilə aparılan dialoq əsasında təkmilləşdirilib.

"Mən yaxın vaxtlarda Volodimir Zelenski və Vladimir Putinlə görüşü səbirsizliklə gözləyirəm, təbii ki, bu müharibənin dayandırılması barədə saziş yekunlaşanda və ya son mərhələdə olanda", – ABŞ Prezidenti vurğulayıb.

Link kopyalandı!
Son xəbərlər