Niderland
Dünya
136
25 Nov 2025 | 23:30

Niderland "Skyranger 30" dron əleyhinə sistemlərinin yerləşdirilməsini sürətləndirəcək

Niderland Müdafiə Nazirliyi pilotsuz uçuş aparatlarına qarşı mübarizə potensialının geniş miqyasda artırıldığını və ölkənin hava hücumundan müdafiə sisteminin əsasını təşkil edəcək "Skyranger 30" yeni mobil zenit qurğuları üçün sifarişlərin sürətlə genişləndirildiyini açıqlayıb.

Moderator.az-ın məlumatına görə, bu barədə Niderland hərbi qurumunun saytında yayımlanan bəyanatda qeyd olunub.

Bildirilib ki, 2028-ci ildə qoşunlara təhvil verilməsi planlaşdırılan "Skyranger 30" qurğuları Rotterdam limanı, hərbi bazalar və yaradılacaq quru qoşunlarının batalyon birləşməsi kimi əsas obyektlərin müdafiəsi üçün istifadə olunacaq. Bundan əlavə, "sürətlə artan pilotsuz hücum təhlükəsi" fonunda Müdafiə Nazirliyi "Skyranger 30" istifadəyə verilənədək hava hücumundan müdafiəni təmin etmək üçün əlavə mobil sistemlər alacaq.

Qeyd olunub ki, söhbət zirehli maşınlar, məsafədən idarə olunan silah modulları, sursatlar və idarəetmə vasitələrini özündə birləşdirən antidron sistemlərindən gedir. "Skyranger 30" qurğuları istifadəyə verildikdən sonra bu komplekslər əlavə müdafiə eşelonu kimi istismarda qalacaq.

Niderland həmçinin inteqrasiya olunmuş silahlarla təchiz edilmiş patrul maşınlarının sayını artıracaq, dronların aşkarlanması və zərərsizləşdirilməsi üçün portativ sistemlərin sayını çoxaldacaq və ələ keçirən dronlar da daxil olmaqla, yeni texnologiyalara sərmayə qoyacaq.

Ayrıca vurğulanıb ki, Niderland Hərbi Dəniz Qüvvələrinin PUA-lardan müdafiəsi də gücləndiriləcək. Yeni dəniz kinetik kompleksi "C-UAS"ın alınması planlaşdırılır. Layihənin dəyəri 250 milyon avro ilə 1 milyard avro arasında qiymətləndirilir.

Link kopyalandı!
Son xəbərlər