01:16
14°C
Bakı
"Rusiya Dəmir Yolları"nın birinci yarımillik üzrə hesabatında şirkətin borcunun 51 milyard dollar məbləğində qiymətləndirilir.
Moderator.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Məlumata görə, hökumət ölkə daxilində sərnişin və yük daşımalarından məsul olan şirkətə dəstək olmaq üçün yollar axtarır.
Müzakirə olunan variantlar arasında yük daşımalarının qiymətlərinin artırılması, subsidiyaların artırılması, vergi endirimləri, Milli Rifah Fondundan istifadə və borcun bir hissəsinin səhmlərə çevrilməsi var.
Bildirilir ki, Maliyyə, İqtisadiyyat və Nəqliyyat nazirliklərinin nümayəndələri hələlik uyğun bir həll yolu tapmayıblar.