23:35
14°C
Bakı
Böyük Britaniyanın Baş naziri Kir Starmer ölkəsinin Ukraynada sülh razılaşması əldə edildikdən sonra hərbi personal göndərməyə hazır olduğunu təsdiqləyib.
Moderator.az xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.
“Əgər birbaşa soruşsanız ki, döyüşlər dayandıqdan sonra Böyük Britaniya prosesə müdaxilə etməyə hazırdırmı, cavab "bəli"dir. Bu, bizim hazırkı mövqeyimizdir”, - Starmer deyib.