Zaman Rusiyanın tərəfindədir - Amerikalı ekspert
Dünya
212
21:59, Bu gün

Zaman Rusiyanın tərəfindədir - Amerikalı ekspert

Ukrayna hökuməti son sülh planı ilə bağlı bir az təəccüblənmiş kimi görünür, çünki bu layihənin hazırlanmasında iştirak etməyib.

Moderator.az xəbər verir ki, bu sözləri Azərtac-a açıqlamasında Qlobal Siyasət İnstitutunun prezidenti, Vaşinqtondakı Bay Atlantik Universitetinin (BAU) politologiya və beynəlxalq münasibətlər üzrə professoru Paolo Von Şirah deyib. O bildirib ki, Ukraynanı hərbi, maliyyə, siyasi və digər cəhətdən dəstəkləyən Avropa ölkələri üçün də bu, gözlənilməz olub. Onun fikrincə, indi əsas sual bu sənədin Rusiya-Ukrayna münaqişəsinə son qoymaq üçün yaxşı bir baza olub-olmaması ilə bağlıdır.

“Bu plan ilk baxışdan Ukrayna üçün o qədər də yaxşı görünmür. Çünki əhəmiyyətli dərəcədə ərazi itkilərini qəbul etməli olacaq. Məsələ təkcə ərazi itkiləri deyil, həm də Ukrayna Silahlı Qüvvələrinin sayına məhdudiyyətlər nəzərdə tutulub. Bununla yanaşı Ukraynanın beynəlxalq ittifaqlara, xüsusən də, NATO-ya qoşulmaq potensialı, Avropa İttifaqında iştirakının gələcəyi məhdudlaşdırılır. Yəni, Ukraynaya bir çox səviyyədə əhəmiyyətli məhdudiyyətlər olacaq. Sual budur ki, hər iki tərəfə külli miqdarda maliyyə itkinsinə və yüz minlərlə insanın ölümünə, dağıntılara səbəb olan münaqişəyə son qoya bilmək üçün yeganə yol budur? Bu, bir təklifdir və hələ bitməyib. O demək deyil ki, layihəni dəyişdirmək, düzəlişlər etmək mümkün olmasın”, - deyə ekspert əlavə edib.

O deyib ki, indiki halda vəziyyət Ukraynanın xeyrinə olmasa belə ABŞ bu məsələyə tez bir zamanda son qoymaq istəyir. Onun sözlərinə görə, bunu qəbul etmək hərbi işğalı normallaşdırır və beynəlxalq hüquq, BMT Nizamnaməsi ilə vidalaşmaq deməkdir.

“Əlbəttə ki, tamamilə fərqli bir ssenari irəli sürmək olar. Ukraynanı dəstəkləyən Qərbin səyləri ikiqat artırıla bilər. Hazırda görünür ki, zaman Rusiyanın tərəfindədir. Qərb tükənib. ABŞ Ukrayna məsələsini öz “boşqabında” saxlamaq istəmir”, - deyə amerikalı ekspert vurğulayıb.

Link kopyalandı!
Son xəbərlər