Yermak: Ukrayna və ABŞ prezidentləri noyabrın 27-də Vaşinqtonda görüşəcəklər
Dünya
141
21:30, Bu gün

Yermak: Ukrayna və ABŞ prezidentləri noyabrın 27-də Vaşinqtonda görüşəcəklər

Ukrayna Prezidenti Volodimir Zelenski noyabrın 27-də Vaşinqtonda amerikalı həmkarı Donald Trampla görüşə bilər.

Moderator.az-ın məlumatına görə, bu barədə "Axios" nəşrinə Ukrayna Prezident Administrasiyasının rəhbəri Andrey Yermak bildirib.

Onun sözlərinə görə, Ukrayna Rusiya ilə davam edən müharibənin başa çatdırılması üçün sülh sazişinin razılaşdırılması məqsədilə görüşün "mümkün qədər tez" keçirilməsinə çalışır, bu istiqamətdə Kiyev və Vaşinqton fəal işləyir.

Yermakın sözlərinə görə, görüşün cümə günü, noyabrın 27-də baş tutması mümkündür. Ağ Ev Zelenskinin ABŞ-də keçiriləcək Şükranlıq günündən əvvəl Trampın sülh planını imzalayacağını gözləyir.

Link kopyalandı!
Son xəbərlər