İstanbulda hoteldə bir ailənin ölüm səbəbi bəlli oldu
Dünya
326
20:30, Bu gün

İstanbulda hoteldə bir ailənin ölüm səbəbi bəlli oldu

Türkiyənin Məhkəmə-Tibbi Ekspertiza Komitəsi ölkədə rezonans doğurmuş Böcek ailəsinin faciəli ölümü ilə bağlı gözlənilən hesabatı prokurorluğa təqdim edib.

Moderator.az "A Haber"ə istinadən məlumat verir ki, noyabrın 9-da Almaniyadan İstanbula gələn və Fatihdəki bir hoteldə qalan Servet və Çiğdem Böcek, eləcə də onların azyaşlı uşaqları - 6 yaşlı Kadir Muhammet və 3 yaşlı Masal noyabrın 12-də qəfil şiddətli ürəkbulanma və qusma ilə xəstəxanaya aparılıblar.

Tibb işçilərinin bütün səylərinə baxmayaraq, ana Çiğdem və iki azyaşlı uşağı xilas etmək mümkün olmayıb, reanimasiyaya yerləşdirilən ata Servet Böcek isə bir neçə gün sonra dünyasını dəyişib.

Həyata keçirilmiş geniş araşdırmalardan sonra hazırlanan hesabatda Böcek ailəsinin ölümünün fosfin qazından zəhərlənmə nəticəsində baş verdiyi müəyyən edilib.

Link kopyalandı!
Son xəbərlər