İsveç hava hücumlarından müdafiə sistemləri alacaq
Dünya
1344
25 Nov 2025 | 20:00

İsveç hava hücumlarından müdafiə sistemləri alacaq

İsveç Hərbi Müdafiə Nazirliyi 366 milyon dollar dəyərində hava hücumundan müdafiə sistemləri almağı planlaşdırır.

Moderator.az xəbər verir ki, bu barədə krallığın müdafiə naziri Pol Yonsen mətbuat konfransında bildirib.

“Bu gün sizə bildirə bilərik ki, hava hücumundan müdafiə qüvvələrinin modernləşdirilməsi işində növbəti addımı atırıq... Söhbət 3,5 milyard İsveç kronu (təxminən 366 milyon dollar-red.) həcmində investisiyadan gedir”, – müdafiə nazirliyinin rəhbəri qeyd edib.

Yonsen əlavə edib ki, modernləşdirmə çərçivəsində İsveç Silahlı Qüvvələri “Iris-T” zenit-raket komplekslərini, 16 buraxılış qurğusunu və səkkiz radiolokasiya sistemini satın alacaq

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər