Dünya
230
19:50, Bu gün

"ABŞ-İran dialoqunda yeni fiqur: Məhəmməd bin Salman səhnəyə çıxır" - "Əl - Əhbar" (Livan)

"Ər-Riyad Vaşinqtonla Tehran arasında donmuş diplomatiyanı diriltməyə çalışır və bu proses bölgənin nüvə gələcəyini dəyişə bilər..."

ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqlar çıxılmaz vəziyyətə düşdüyü bir vaxtda tərəflər gözlənilməz vasitəçiyə - Səudiyyə Ərəbistanına müraciət edə bilər.

Moderator.az xəbər verir ki, bu barədə "detaly.co" nəşrində dərc edilən müəllif məqaləsində deyilir.

Müəllif Livanın "Əl-Əhbar" nəşrinə istinadən yazır ki, ABŞ prezidenti Donald Tramp vəliəhd şahzadə Məhəmməd bin Salmana Vaşinqtonla Tehran arasında dialoqun koordinasiyası tapşırığını verib. Məlumatlara görə, Ağ Evdə keçirilən son görüşdə Tramp bin Salmanı İranla nüvə razılaşması və sanksiyalar üzrə mümkün danışıqlara nəzarət etmək üçün səlahiyyətləndirib.

Şahzadə cavabında bildirib ki, ABŞ-İran anlaşması Yaxın Şərqdə sabitlik üçün vacibdir və İsrailin prosesləri pozmaq üçün addımlar ata biləcəyini xəbərdarlıq kimi qeyd edib. Birgə mətbuat konfransında bin Salman ABŞ-la sıx əməkdaşlığa hazır olduğunu, regiona və dünyaya fayda verə biləcək razılaşmaya yardım edəcəyini təsdiqləyib.

Gizli diplomatiya və şübhələr

Nəşr iddia edir ki, şahzadə sentyabrda Ər-Riyadda İran Təhlükəsizlik Şurasının katibi Əli Laricanini qəbul edərək vasitəçilik ehtimalını müzakirə edib və Tehran bu ideyaya müsbət yanaşıb.

Həmin görüşdən və şahzadənin noyabrda Ağ Ev səfərindən sonra Səudiyyə rəsmilərinin İranla əlaqə saxladığı və gələcək yüksək səviyyəli görüşlərin Parisdə keçirilə biləcəyi bildirilir. İranın xarici işlər naziri Abbas Araqçı bu günlərdə Fransaya yollanır, lakin paralel Səudiyyə-İran görüşü rəsmi şəkildə təsdiqlənməyib.

"Reuters"-in yazdığına görə, bin Salman Vaşinqtona getməzdən əvvəl İran prezidenti Məsud Pəzeşkiandan məktub alıb və məktubda danışıqların yenidən başlanmasına yardım xahişi yer alıb. Tehran isə bunu sadəcə Həcc ziyarəti ilə bağlı texniki məktub kimi təqdim edir və yayılan məlumatları "əsassız fərziyyələr" adlandırır.

Regional ambisiyalar və yeni nüvə oyunu

Səudiyyə Ərəbistanı və İran uzun müddət regionda rəqib idi. Lakin 2023-cü ildə Çin vasitəçiliyi ilə diplomatik münasibətləri bərpa edib. Ər-Riyad artıq bir neçə dəfə ABŞ-İran gərginliyinin azaldılmasının vacib olduğunu deyib. ABŞ-la təhlükəsizlik müttəfiqliyi və Tramp administrasiyası ilə şəxsi yaxınlıq Səudiyyəyə bu prosesdə nadir təsir imkanları verir.

Eyni zamanda Ər-Riyadın öz nüvə proqramı qurmaq niyyəti də bu diplomatiyanı stimullaşdırır. İran mediası yazır ki, bin Salman hətta regional nüvə konsorsiumu ideyasına maraqlı ola bilər - bu, həm Tehran üçün güzəşt ola bilər, həm də Səudiyyə üçün uran bankının yaradılması kimi strateji məqsədlərə yol aça bilər.

Vaşinqton səfəri zamanı Tramp və bin Salman mülki nüvə energetikası proqramı üzrə danışıqların tamamlandığını elan edib, lakin Ər-Riyadın uranı zənginləşdirib-zənginləşdirməyəcəyi hələ açıqlanmayıb.

Müəllif: Aleksandra Appelberq

Link kopyalandı!
Son xəbərlər