İranın kəşfiyyat naziri Xameneinin öldürülməsi ehtimalından danışdı - VİDEO
Dünya
269
19:30, Bu gün

İranın kəşfiyyat naziri Xameneinin öldürülməsi ehtimalından danışdı - VİDEO

İranın Kəşfiyyat Nazirliyi ETTELAAT ABŞ və İsrail də daxil olmaqla, "xarici düşmənlərin" ölkənin Ali lideri Ayətullah Əli Xameneini hədəf almaq və ölkədə sabitliyi pozmaq səyləri barədə xəbərdarlıq edib.

Oxu.Az "Azad İran" "YouTube" kanalına istinadən xəbər verir ki, noyabrın 22-də kəşfiyyat naziri İsmayıl Xətib Kohgiluye və Boyerəhməd əyalətinə səfəri zamanı bu barədə açıqlama verib. O, Xameneinin fiziki məhvi ilə bağlı planlardan açıq şəkildə danışaraq deyib:

"Bizim qələbələrimizin bələdçisi və lideri inqilabın imamı və müdrik rəhbərimizdir. Buna görə də düşmən ali rəhbəri hədəf almaq və ölkənin birlik, sabitlik və müqavimətini sarsıtmaq istiqamətində bəzən terrorla, bəzən də hətta ölkə daxilində həyata keçirilən hücumlarla addımlar atmağa çalışır. Şübhə etməyək ki, daxildə bu istiqamətdə addım atan şəxslər ya şüurlu, ya da şüursuz şəkildə düşmənin təsir agentləridir və əlbəttə, düşmənlərin, ABŞ-nin və sionist rejimin maraqları çərçivəsində ölkənin xalqına, birliyinə, bütövlüyünə və müstəqilliyinə qarşı fəaliyyət göstərirlər".

İran hökumətində ən məlumatlı şəxslərdən biri olan İsmayıl Xətibin bu sözləri ölkədə və xaricdə geniş rezonans doğurub və Əli Xameneinin öldürülməsi ehtimalının kifayət qədər yüksək olması kimi başa düşülüb.

Qeyd edək ki, sentyabrın əvvəllərində İran ali rəhbərinin müşaviri, SEPAH-ın keçmiş baş komandanı general Yəhya Rəhim Səfəvinin oğlu Həmzə Səfəvi də müsahibəsində bir neçə dəfə İran ali rəhbərinin İsrail tərəfindən öldürülməsi ehtimalından danışaraq hökumətin buna hazır olmalı olduğunu vurğulayıb.

Daha ətraflı videosüjetdə:

 

Link kopyalandı!
Son xəbərlər