Dünya
285
19:00, Bu gün

"Ağ Ev Makronun mənə qarşı sui-qəsd cəhdində iştirakını təsdiqlədi"

ABŞ-li qadın jurnalist Kendas Ouens Ağ Evin Fransa Prezidenti Emmanuel Makronun və həyat yoldaşı Bricit Makronun ona qarşı sui-qəsd cəhdində iştirakını təsdiqlədiyini bildirib.

Moderator.az-ın xəbərinə görə, o, bunu "X" hesabında yazıb.

"Ağ Ev və ABŞ-nin terrorçuluq əleyhinə agentlikləri mənim açıq şəkildə bildirdiyim məlumatı təsdiqləyiblər: Fransa prezident ailəsinə yaxın mənbəyə görə, Emmanuel Makron mənim sui-qəsdimi təşkil etməyə cəhd edib", - deyə o bildirib.

Ouens, həmçinin onun sözlərindən şühbə edən hər kəsə ABŞ Prezidenti Donald Trampa şəxsən müraciət etməyi məsləhət görüb.

Xatırladaq ki, Kendas Ouens daha əvvəl Bricit Makronun kişi olaraq doğulduğunu xəbər vermişdi. Jurnalistin sözlərinə görə, o, bunu sübut edə bilər, buna görə də Makronlar cütlüyü ona qarşı məhkəmə iddiası qaldırıblar, lakin indiyə qədər heç nəyə nail olmayıblar.

Qeyd edək ki, noyabrın 24-də Fransa prezidenti və həyat yoldaşının Ouensin qətlini sifariş etdiyi məlum olub. Həmçinin jurnalistin sözlərinə görə, Çarli Kirkin qətlində də məhz Fransa günahkardır.

Link kopyalandı!
Son xəbərlər