Ceymi Vardi oyunda olduğu zaman evi qarət edildi
Dünya
166
18:54, Bu gün

Ceymi Vardi oyunda olduğu zaman evi qarət edildi

İtaliyanın "Kremoneze" klubunda çıxış edən ingilis hücumçu Ceymi Vardinin evi İtaliya A Seriyasında keçirilən "Roma" ilə oyun zamanı qarət edilib.

Moderator.az "Daily Mail" qəzetinə istinadən xəbər verir ki, futbolçuya dəymiş ziyan 80 min funt sterlinq həcmində qiymətləndirilir.

Məlumata görə, qarətçilər saatlar, zinət əşyaları, pul və digər qiymətli əşyaları oğurlayıblar.

Qeyd edək ki, İtaliya A Seriyasının 12-ci turunda keçirilən "Kremoneze" - "Roma" (1:3) oyunu noyabrın 23-də baş tutub.

Vardi bu ilin sentyabrında "Kremoneze"yə keçib və bir mövsümlük müqavilə imzalayıb. Hücumçu İtaliya çempionatında 8 oyun keçirib və 2 qol vurub. "Kremoneze" İtaliya A Seriyasının turnir cədvəlində 14 xalla 11-ci yeri tutur.

Link kopyalandı!
Son xəbərlər