Avropanın ilk Müdafiə Sənayesi Proqramı təsdiqlənib
Dünya
166
18:48, Bu gün

Avropanın ilk Müdafiə Sənayesi Proqramı təsdiqlənib

Avropa Parlamenti bu gün tarixində Avropanın ilk Müdafiə Sənayesi Proqramı təsdiqləyib.

Moderator.az xəbər verir ki, bu barədə Avropa Parlamentinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, bu tarixi təşəbbüs Aİ-nin müdafiə qabiliyyətlərini gücləndirməyi və Ukraynanın müdafiə sənayesinə dəstək verməyi hədəfləyir.

Aİ Şurası ilə qeyri-rəsmi razılaşdırılan qanun layihəsi 1,5 milyard avroluq büdcə ayırır ki, bunun 300 milyon avrosu Ukrayna dəstək üçün nəzərdə tutulub.

Avropa Parlamentindəki plenar iclasda çıxış edən Aİ Müdafiə Komissarı Andrius Kubilius sənədi “müdafiə hazırlığı üçün qabaqcıl bir proqram” olaraq təsvir edib.

O əlavə edib ki, proqram “böhranlara cavab tədbirləri üçün bir alət qutusu” təqdim edir və bu, müdafiə məhsullarına etibarlı çıxışı təmin etməklə Aİ üzrə təchizat təhlükəsizliyini gücləndirəcək.

Link kopyalandı!
Son xəbərlər