“Financial Times”: Yeni sülh planı Rusiya üçün daha az əlverişlidir
Dünya
141
18:30, Bu gün

“Financial Times”: Yeni sülh planı Rusiya üçün daha az əlverişlidir

ABŞ-ın təklif etdiyi son sülh planı Rusiyanın maraqları üçün əvvəlki 28 bəndlik variantla müqayisədə daha az əlverişlidir və sənədin ən həssas siyasi məqamları prezidentlər səviyyəsində müzakirə olunur.

Moderator.az xəbər verir ki, bu barədə “Financial Times” yüksək vəzifəli rəsmilərə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Cenevrədə keçirilən danışıqlar zamanı Tramp administrasiyasının Ukrayna üzrə sülh planı 28 bənddən 19 bəndə qədər ixtisar edilib. Məlumatı paylaşan mənbələr hansı maddələrin çıxarıldığını dəqiqləşdirməsələr də, ixtisar olunmuş sülh planının Rusiya üçün az əlverişli olduğunu bildiriblər.

Link kopyalandı!
Son xəbərlər