21:08
12°C
Bakı
Finlandiya Rusiya sərhədi boyunca “qeyri-qanuni keçidlərin qarşısını almaq” və “hibrid təhdidləri” minimuma endirmək məqsədi ilə sədd tikir.
Moderator.az xəbər verir ki, bu barədə “Yle” məlumat yayıb.
Məlumata görə, səddin hər bir seqmentdə polad tor, patrul üçün yol, boş zonalar və texniki nəzarət sistemi qurulur. Həmçinin sədd üzərində insanların və heyvanların hərəkətini ayırmaq, yanlış siqnalları ayırd etmək üçün süni intellektlə işləyən kameralı sistem qoyulur.
Səddin tikintisinin 2026-cı ilə qədər tamamlanması planlaşdırılır.